İlham Əliyev: “Xəbər bizi olduqca kədərləndirdi”

Xəbərlər

30.10.2022 - 13:16

cedabet dərman SEO Xidməti

Azərbaycan Prezidenti koreyalı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Yun Sok Yola başsağlığı verib.

AYNA-nın xəbərinə görə, başsağlığıda deyilir:

 “Hörmətli cənab Prezident,

Seul şəhərində yaranmış izdiham nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Koreya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş