İlham Əliyev serbiyalı həmkarına başsağlığı verib

Siyasət

05.05.2023 - 21:13

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Prezidenti: "Bu ağır anlarda dərdinizi bölüşürük"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə başsağlığı verib.

AYNA-nın xəbərinə görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Belqrad şəhərində yerləşən məktəbdə baş vermiş dəhşətli faciə barədə xəbəri dərin sarsıntı və kədər hissi ilə qarşıladıq.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Serbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş