İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub - FOTOLAR

Xəbərlər

04.03.2026 - 13:13

Prezident İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.

AYNA.AZ xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlətimizin başçısını qarşılayıb.

Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazıb.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xameneyi ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağanı deyib.

Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub - İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub - İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub - İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş