Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin Praqada qeyri-formal görüşü olub
Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş baş tutub.
AYNA-nın məlumatına görə, “Novosti Azərbaycan” “Telegram” kanalı xəbər verir ki, qeyri-formal görüş bu gün “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində baş tutub.
Müzakirələrə Macarıstanın Baş naziri Viktor Orban, daha sonra isə Fransa Prezidenti Emmanuel Makron da qoşulub.







