İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində çıxış edəcək

Xəbərlər

04.05.2026 - 10:59

Azərbaycan Prezidenti sammitin açılış sessiyasında video-çıxış edəcək

Bu gün İrəvanda Avropa Siyasi Birliyinin sammiti başlayır. AYNA.AZ xəbər verir ki, sammitin açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev video-çıxış edəcək.

Açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin də çıxışları nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş