Eşitmə və nitq qabiliyyəti olmayan uşaqlar “Mənim balaca şahzadəm” və “Çətin məsələ”ni izləyəcəklər
Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün “Mənim balaca şahzadəm” və “Çətin məsələ” cizgi filmləri surdotərcümə formatında hazırlanıb.
Bu barədə AYNA-ya İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə məlumat verib.
Onun bildirdiyinə görə, filmin surdotərcümə versiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.
Eyni zamanda, filmin surdotərcümə versiyası 150 nüsxə DVD disk formatında çoxaldılaraq uyğun şəxslər və müəssisələr arasında pulsuz paylanılacaq.