İdmançımız dünya çempionatının finalına yüksəldi

İdman

21.07.2022 - 00:12

Anna Başta finalda Yaponiya sablyaçısı Emura Misaki ilə qarşılaşacaq

Azərbaycan qılıncoynadanı Anna Başta Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.

AYNA xəbər verir ki, dünya reytinqinin 1 nömrəsi qadın sablyaçıların şəxsi yarışında yarımfinalda Yunanıstan təmsilçisi Despina Georgiadouya 15:9 hesabı ilə qalib gəlib.

O, finalda Yaponiya sablyaçısı Emura Misaki ilə qarşılaşacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş