İdman müəllimi dənizdə boğulub

Hadisə

28.06.2022 - 08:43

Müəllim başqasını xilas edərkən özü dənizdə boğularaq ölüb

Bakının Sabunçu rayonunda ölüm hadisəsi baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Nardaran çimərliyində qeydə alınıb.

36 yaşlı Quliyev Anar Samir oğlu bir nəfəri dənizdə boğulmaqdan xilas edib. Başqasını xilas edərkən özü dənizdə boğularaq ölüb.

A.Quliyev Bakıdakı məktəblərin birində idman müəllimi kimi fəaliyyət göstərirmiş.

Müəllif: Ayna.az