Husilər Təl-Əvivdə hava limanına ballistik raket zərbəsi endiriblər

Dünya

10.07.2025 - 16:17

"Yəmənin raket qüvvələri yüksək keyfiyyətli hərbi əməliyyat həyata keçirib”

“Ənsar Allah” üsyançı hərəkatından olan yəmənli husilər Təl-Əvivdəki Ben Qurion beynəlxalq hava limanına raket zərbəsi endirib. AYNA.AZ xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.

"Yəmənin raket qüvvələri “Zülfiqar” ballistik raketindən istifadə edərək, Yaffanın (Təl-Əviv - red) işğal olunmuş ərazisindəki Ben Qurion hava limanına hücum edərək yüksək keyfiyyətli hərbi əməliyyat həyata keçirib. Əməliyyat öz məqsədinə çatıb", - Sariya husilərə məxsus “Al Masirah” telekanalının efirində söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş