Hövsanda əməliyyat keçirilib

Xəbərlər

21.02.2023 - 13:04

Polis tapança aşkarlayıb

Hövsanda əməliyyat keçirilib, tapança aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşları əldə olunan məlumat əsasında Hövsan dəmir yolu stansiyası ərazisində əməliyyat tədbiri keçirib. Əməliyyat nəticəsində saxlanılan Bərdə rayon sakini Rövşən Cabbarlıdan “FEG 37M” markalı tapança aşkar olunaraq götürülüb. Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş