Hadisə Əhmədabadda baş verib: təyyarə London reysi üzrə hərəkətdə olub
Hindistanda sərnişin təyyarəsi qəzzaya uğrayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, təyyarənin göyərtəsində 242 sərnişin olub.
Hadisə Əhmədabadda baş verib. Təyyarə London reysi üzrə hərəkətdə olub.
Əhmədabad vilayətinin polis komissarı bildirib ki, qəzaya uğrayan təyyarənin göyərtəsində sağ qalan yoxdur. O əlavə edib ki, təyyarənin yaşayış məntəqələri və ofislərin sıx yerləşdiyi əraziyə düşməsi yerli sakinlər arasında da ölənlərin olduğunu deməyə əsas verir.
“Hazırda yekun rəqəmlərlə bağlı dəqiqləşmələr aparılır”, - vurğylayıb.