Hindistanda daşqınlar: evlər və otellər uçub

Dünya

05.08.2025 - 16:53

4 nəfər ölüb, 50-dən çox insan itkin düşüb

Hindistanın Uttarxand əyalətində daşqın və torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb, 50-dən çox insan itkin düşüb.

AYNA.AZ-ın xarici mediaya istinadən məlumatına görə, daşqınlar Uttarxandın Uttarkaşi rayonunda evləri və bir neçə oteli uçurub.

Xilasedicilər seldən zərər çəkmiş ərazilərdə axtarış işləri aparırlar.

Yerli media ölənlərin sayının artacağını istisna etmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş