Hindistan və Rusiya arasında S-400-lərin təhvil verilməsi müzakirə olunub

Dünya

27.06.2025 - 16:59

cedabet dərman SEO Xidməti

Nazirlər həmçinin Su-30 MKI-nin modernləşdirilməsi və mühüm hərbi texnikanın alınmasını müzakirə ediblər

Hindistan və Rusiya qısa müddət ərzində Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemlərinin çatdırılması, Su-30 MKI-nin modernləşdirilməsi və mühüm hərbi texnikanın alınmasını müzakirə ediblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi iki ölkənin müdafiə nazirliklərinin rəhbərləri Rajnatka Sinxa və Andrey Belousov arasında Çinin Qinqdao şəhərində keçirilən görüşün yekunlarına dair məlumat yayıb.

"Bu, iki ölkənin müdafiə nazirləri arasında Sindoor əməliyyatı və bunun nəticəsində xüsusilə hava hücumundan müdafiə, hava-hava raketləri, qabaqcıl imkanlar və təyyarə platformalarının modernləşdirilməsi kimi kritik sahələrdə müdafiə istehsalının artırılması ehtiyacı fonunda keçirilən ən mühüm görüşlərdən biri idi", - deyə qeyd olunub.

"S-400 sistemlərinin tədarükü, Su-30 MKI-nin modernləşdirilməsi və qısa müddət ərzində mühüm hərbi texnikanın alınması görüşün əsas mövzularından olub", - nazirlikdən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş