Hikmət Hacıyev: “Köhnə Füzulinin xarabalıqları işğalın faciəvi xatırlatmasıdır”

Siyasət

17.10.2023 - 21:29

Həkimlər Klinikalar SEO Xidməti

Füzulinin azad edilməsi konsert proqramı ilə qeyd edilib

“Köhnə Füzulinin xarabalıqları işğalın faciəvi xatırlatmasıdır”.

AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Füzuli Şəhər Günü ilə bağlı “X” hesabında etdiyi paylaşımda qeyd edib.

O xatırladıb ki, 2020-ci il oktyabrın 17-də Füzuli Ermənistanın 30 illik hərbi işğalından azad edilib.

“Keçmiş məcburi köçkünlər yeni tikilmiş mənzillərə qayıdır, uşaqlar isə məktəblərə gedirlər. Füzuli şəhərinin gənc sakinləri Füzuli Şəhəri Gününü - 17 oktyabr 2020-ci ildə Füzulinin Ermənistanın işğalından azad edilməsini gözəl konsert proqramı ilə qeyd edirlər. Diplomatik nümayəndələrlə biz də onlara qoşulmaqdan məmnunuq”, - o bildirib

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş