"İrəvan Xaçatryanın saxlanmasına etiraz etməklə hərbi cinayətlərə haqq qazandırır"

Siyasət

29.07.2023 - 19:12

Hikmət Hacıyev Xaçatryanın saxlanılmasından yazıb

“25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçatryanın saxlanmasına Ermənistanın rəsmi, ictimai/media qurumlarının “etirazı” dövlət səviyyəsində hərbi cinayətlərə dəstək və haqq qazandırmaqdan başqa bir şey deyil”.

AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.

“O, insan qaçaqmalçılığı üçün BQXK-nin tibbi evakuasiyasından istifadə etməyə çalışıb”, - o əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş