“Heydər Əliyev adına təqaüd” təsis edilib

Tarix

24.06.2023 - 15:30

100 tələbəyə 3 min manat ödəniləcək

“Heydər Əliyev adına təqaüd” təsis edilib.

AYNA-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib.

Təsis edilən təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına 3 000 manat məbləğində birdəfəlik veriləcək.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Müəllif: Ayna.az