Hərbi hava qüvvələri həyəcan siqnalı ilə qaldırılıb

Xəbərlər

02.01.2020 - 15:27

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə naziri Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığını yoxlayıb

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını qəfil yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi yanvarın 2-də Hava Hücumundan Müdafiə bölmələrindən birində olub.

 

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, həyəcan siqnalı ilə qaldırılan bölmələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin gücləndirilməsi, mühüm obyektlərin mühafizəsi və digər fəaliyyətləri məşq etdirilib.

Ayna.az

Pin up casino Pin-up casino giriş