Azad olunan qadın azdığı üçün əlavə 2 gün də həbsxanada qalmalı olub
ABŞ-ın Missuri ştatında həbsdən azad olan qadın daha böyük kabus yaşayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, iyunun 5-də azad edilən qadın həbsxananın pilləkənlərində azıb.
Belə ki, qadın həbsxananı tərk edərkən səhvən fövqəladə çıxış üçün nəzərdə tutulan pilləkənlərlə enməyə başlayıb. Lakin pilləkən qapılarının bağlı olması səbəbindən yolunu azıb.
Çıxılmaz vəziyyətdə qalan keçmiş məhkum yerini bildirmək üçün kömək çağırışları edib. Səsləri həbsxana nəzarətçiləri eşitsələr də, onun pilləkəndə olmasını anlamayıblar. Nəhayət 2 gün sonra həəbsxana işçilərinin birinin onu təsadüfən görməsi nəticəsində bu kabus sona çatıb.