Daş dövrünə aid əl işləri tapılıb

Maraqlı

22.01.2020 - 17:21

Əşyaların 17 min il əvvəl daş dövrünə aid olduğu bildirilib

 

Malayziyanın şimalında yerləşən Kedah əyalətində 17000 il əvvələ aid olduğu təxmin edilən? daşdan hazırlanmış əşyalar tapılıb. AYNA xəbər verir ki, bu barədə ölkənin yerli mətbuatı məlumat verib.

 

Məlumatlara görə, Kedah əyalətinin Balinq şəhərində yerləşən Kelambu, Tembus və Akar mağaralarında keçən ildən bəri aparılan arxeoloji qazıntılar nəticəsində eradan əvvələ aid əl işlərinə rast gəlinib.

 

Əldə olunan əşyalar araşdırılmaq üçün Malay Dünyası və Mədəniyyət İnsitutu, Malayziya Beynəlalq Universiteti və Malayziya Universitetinin “Geologiya” fakultəsinə göndərilib.

 

İlkin məlumatlara əsasən, əşyaların 17 min il əvvəl daş dövrünə aid olduğu bildirilib.

 

Bölgədə qazıntı işlərinin davam edəcəyini ifadə edən səlahiyyətlilər fevral ayında da yeni əşyaların tapıla biləcəyini vurğulayıblar.

Müəllif: Ayna.az