Balıqçıları qorxudan, insan yeyən timsah tutulub

Maraqlı

09.08.2024 - 14:11

Həkimlər Klinikalar SEO Xidməti

UWA timsahı insanlar üçün təhlükə yaratmayacağı uzaq bir yerə köçürməyi planlaşdırır

Bir neçə ildir Albert gölündə balıqçıları qorxudan və insan yeyən timsah Uqandada tutulub. AYNA xəbər verir ki, bu barədə “The Straits Times” məlumat yayıb.

Hökumətin təbiəti mühafizə agentliyi UWA-nın məlumatına görə, timsah 2023-cü ilin yanvarından 2024-cü ilin iyuluna qədər insanlara bir neçə dəfə hücum edib. Ən azı bir qurbanı xilas etmək mümkün olmayıb. Daha 4 nəfər ağır yaralanıb.

Sürünənin yaşının 45 il olduğu təxmin edilir. Onun uzunluğu 4,5 metr, çəkisi isə 500 kiloqramdır. UWA timsahı insanlar üçün təhlükə yaratmayacağı uzaq bir yerə köçürməyi planlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş