Hadrutda yeni hərbi hospital istifadəyə veriləcək

Xəbərlər

27.06.2022 - 09:28

Müdafiə naziri yeni hərbi hospitalla bağlı anons verdi

“İşğaldan azad olmuş ərazilərdə şəxsi heyətin tibbi təminatının təşkil edilməsi məqsədilə dörd ədəd yeni və tam təchizatlı tibb məntəqəsi, Kəlbəcər şəhərində yeni hərbi hospital istifadəyə verilmiş, Hadrut qəsəbəsində isə daha bir hərbi hospitalın qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır”.

AYNA xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Nazirin sözlərinə görə, Kəlbəcər və Laçın rayonlarının ərazisində dislokasiya olunmuş hərbi hissələrin şəxsi heyətini çörəklə fasiləsiz təmin etmək üçün yeni çörəkbişirmə sexləri tikilərək istifadəyə verilib, təminatın yaxşılaşdırılması məqsədilə yanacaq, ərzaq və əşya anbarlarının yaradılması işlərinə başlanıb.

 “Qoşunların hərəkət qabiliyyətinin yüksəldilməsi və hərtərəfli təminatının fasiləsiz yerinə yetirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu inkişaf etdirilib, yeni yolların çəkilməsi və bərpası işləri aparılıb, ümumilikdə 800 km-dən çox yeni yol çəkilib”, - nazir bildirib.

Müəllif: Ayna.az