Hacıqabulda avtomobil 70 yaşlı qadını vuraraq öldürüb

Hadisə

29.04.2024 - 20:16

Qızbəs Muxtarova xəstəxanada dünyasını dəyişib

Hacıqabulda avtomobil 70 yaşlı qadını vuraraq öldürüb. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayon mərəzində qeydə alınıb.

Belə ki, rayon sakini, 1954-cü il təvəllüdlü Muxtarova Qızbəs Abuzər qızı yolu keçən zaman avtomobil onu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, Q.Muxtarova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az