Xalq artisti II Fəxri Xiyabanda torpağa tapşırılıb
Sentyabrın 16-da Xalq artisti Hacı Murad Yagizarov II Fəxri Xiyabanda dəfn olunub.
AYNA.AZ xəbər verir ki, dəfn mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Hacı Murad Yagizarov sentyabrın 13-də Münxendə müalicə aldığı xəstəxanada vəfat edib.
Allah rəhmət eləsin!