Aktrisa Məsumə Babayeva vəfat edib

Mədəniyyət

24.01.2026 - 23:55

Aktrisa 75 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva vəfat edib. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Milli Gənc Tamaşaçılar Teatrından bildirilib.

Aktrisa bu gün axşam saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, aktrisa 23 sentyabr 1951-ci ildə anadan olub. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Aktrisa 2014-cü ildə “Fəxri Mədəniyyət İşçisi” döş nişanı, 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı və 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş