Mamişlo kəndində 3,3 bal gücündə zəlzələ baş verib
Gürcüstanda Dmanisi şəhərindən üç kilometr cənub-şərqdə, Mamişlo kəndində 3,3 bal gücündə zəlzələ baş verib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Zəlzələ Tiflis vaxtı ilə saat 16:23-də baş verib. Zəlzələnin episentri 15 km dərinlikdə yerləşib. Tələfat və dağıntı barədə məlumat verilməyib.