Gürcüstan Prezidenti: “Cənubi Qafqaz ölkələri sülh və sabitlikdə maraqlıdır”

Dünya

30.04.2025 - 11:09

Həkimlər Klinikalar SEO Xidməti

"Hər üç ölkənin lideri praktiki olaraq yekdil fikirdədir ki, bizə sabitlik, sülh və iqtisadi inkişaf lazımdır”

“Cənubi Qafqaz ölkələri regionda uzunmüddətli sülhün və sabit inkişafın bərqərar olması üçün səfərbərdir və maraqlıdırlar”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstan Prezidenti Mixail Kavelaşvili Ermənistana rəsmi səfəri başa çatdıqdan sonra jurnalistlərə deyib.

Siyasətçi bundan əvvəl Azərbaycanda olduğunu xatırladıb və əmin edib ki, “Bakıda da analoji ab-hava hökm sürür”.

"Hər üç ölkənin lideri praktiki olaraq yekdil fikirdədir ki, bizə sabitlik, sülh və iqtisadi inkişaf lazımdır. Siyasi sabitlikdən sonra enerji, turizm və mədəniyyət məsələləri gəlir. İnanıram ki, bu proses müsbət yekunlaşacaq", - Kavelaşvili əlavə edib.

Qeyd edək ki, İrəvanda Gürcüstan Prezidenti həmkarı Vaaqn Xaçaturyan, Baş nazir Nikol Paşinyan ilə danışıqlar aparıb. Bütün ermənilərin katolikosu II Qareginlə də görüş olub.

Kavelaşvili Cənubi Qafqazda dinc əməkdaşlığın vacibliyini vurğulayıb və Gürcüstanın uzunmüddətli sabitliyin və inkişafın təmin edilməsi üçün regional dialoqa töhfə verməyə hazır olduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş