Gürcüstan 13 əcnəbini ölkədən çıxarıb

Dünya

25.07.2025 - 16:16

Gürcüstan Misir, Türkiyə və digər ölkələrdən gələn şəxsləri ölkədən çıxarıb

Son günlərdə miqrasiya qaydalarını pozduqları üçün 5 ölkənin vətəndaşları Gürcüstandan çıxarılıb.

AYNA.AZ yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Qüvvədə olan qanunvericiliyə əsasən, həmin şəxslərin ölkəyə girişi qadağan edilib.

DİN-in məlumatına görə, Gürcüstandan Misir, Türkiyə, Hindistan, İordaniya və Pakistan vətəndaşları çıxarılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş