Günün rəqəmi açıqlandı: 517

Xəbərlər

05.07.2022 - 10:57

Həkimlər Klinikalar SEO Xidməti

Baş Prokurorluq məlumat yayıb

Cari ilin beş ayı ərzində prokurorluq orqanları tərəfindən istintaqı tamamlanmış cinayət işlərinin sayı açıqlanıb. AYNA xəbər verir ki, bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu günün rəqəmi isə 517-dir. Belə ki, 2022-ci ilin yanvar-may ayları ərzində prokurorluq orqanları tərəfindən 517 cinayət işinin istintaqı tamamlanıb.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş