Göygöldə 12 min manatlıq mal-qara oğurlanıb

Hadisə

01.08.2022 - 11:06

Həkimlər Klinikalar SEO Xidməti

Saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində iyul ayı ərzində rayonun Kərəmli kəndindən vətəndaşlara məxsus iri buynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, rayonun Hacıməlik qəsəbə sakini Ramin Yusibov vətəndaşa məxsus ümumi dəyəri 10.000 manat olan 6 baş iri buynuzlu mal qaranı kənd ərazisindəki otlaq sahədən oğurlayaraq Gəncə şəhərində yaşayan qaynanasının evində gizlədib.

Bundan başqa, saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha bir cinayət əməli aşkar olunub. Belə ki, R. Yusibov Kərəmli kəndindəki otlaq sahədən daha bir vətəndaşa məxsus ümumi dəyəri 2000 manat olan 2 baş iri buynuzlu mal-qaranı oğurlayaraq satıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib, faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş