Goranboyda silah-sursat aşkarlanıb

Xəbərlər

07.07.2023 - 17:26

Faktlarla bağlı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir

Goranboyda silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Qarqucaq və Borsunlu kəndləri ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvanlara gələrək müvafiq tədbirlər həyata keçiriblər. Rayonun Borsunlu kəndi ərazisindən 45 ədəd 7,62 kalibrli avtomat patronu, 1 ədəd daraq, Qarqucaq kəndi ərazisindən isə 1 ədəd “RQK-3” markalı tank əleyhinə əl qumbarası aşkar edilərək götürülüb.

Bundan başqa polis əməkdaşlarının vətəndaşlarda olan qanunsuz odlu silahların aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şıxlar kənd sakinlərindən 2 ədəd müxtəlif markalı və çaplı, müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş