Goranboyda qəza: iki avtomobil toqquşub

Xəbərlər

31.05.2026 - 11:03

Hadisə nəticəsində üç nəfər xəsarət alıb

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.

AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, qəza rayon ərazisində iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə zamanı 2001-ci il təvəllüdlü İ.Namazov, 1962-ci il təvəllüdlü S.Məmmədov və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Qəza yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş