Goranboyda qətl: 47 yaşlı qadın öldürülüb

Hadisə

26.01.2023 - 16:12

Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Yanvarın 26-da saat 14 radələrində Goranboy rayonu Baxçakürd kəndi ərazisində 1976-cı il təvəllüdlü Sevinc Məmmədovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Atəş Ələkbərov saxlanılıb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal olunur. Araşdırma aparılır.

Müəllif: Ayna.az