Goranboyda qanunsuz ov silahları müsadirə edilib

Xəbərlər

14.07.2023 - 23:59

Silah sahibləri ilə profilaktiki söhbət aparılıb, barələrində inzibati tədbir görülüb

Goranboyda qanunsuz ov silahları müsadirə edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirirlər.

Keçirilən müvafiq tədbirlər nəticəsində 4 sakindən müvafiq sənədləri olmayan, müxtəlif markalı və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb. Silah sahibləri ilə profilaktiki söhbət aparılıb, barələrində inzibati tədbir görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş