Siqaretləri avtomobilin oturacaqlarında gizlədibmiş
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Opel Vectra" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Kinoloji xidmət itinin reaksiyası nəticəsində nəqliyyat vasitəsinin sağ və sol ön oturacaqlarının içərisində gizlədilən 4000 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.