Gizli siqaret və yaddaş qurğuları aşkarlanıb

Hadisə

04.02.2020 - 14:07

Həkimlər Klinikalar SEO Xidməti

Vətəndaş gömrükçüləri aldatmağa çalışıb

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Hyundai Elantra " markalı minik maşını ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

 

Avtomobilə gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində 2000 ədəd "Marlboro" markalı siqaret və üzərlərində "Expansion 2 TB", "Expansion 1 TB" yazılan 10 ədəd kompüter yaddaş qurğuları aşkarlanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş