Diplomatik nümayəndəlik hadisə ilə bağlı məlumatlandırılıb
Rusiyanın keçmiş dövlər katibi Gennadi Burbulis 77 yaşında vəfat edib. AYNA-nın xəbərinə görə, bu barədə TASS-a onun yaxınları məlumat verib. Onlar bildiriblər ki, Burbulis Bakıda qaldığı oteldə dünyasını dəyişib.
Bildirilib ki, diplomatik nümayəndəlik hadisə ilə bağlı məlumatlandırılıb. Konsulluq əməkdaşları müvafiq işləri yerinə yetirirlər
Qeyd edək ki, Gennadi Burbulis 1945-ci ildə anadan olub. Sovet dövründə və müstəqil Rusiyada bir çox mühüm vəzifədə çalışıb. RSFSR-in dövlət katibi işləyib. O, 8 dekabr 1991-ci ildə imzalanmış belovejsk sazişinin hazırlanmasında iştirak edib.