Layihə iştirakçılarına sertifikatlar təqdim edilib
Füzuli rayonu Böyük Bəhmənli kəndində 27 fevral 2020-ci tarixində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və "Bakı Gənclər Klubu" ictimai birliyinin texniki dəstəyi ilə "Ətraf mühitin qorunması və ekoloji maarifləndirmə" adlı layihə çərçivəsində, 50 nəfərin iştirakı ilə ağacəkmə kampaniyası keçirilib.
AYNA xəbər verir ki, layihə iştirakçıları aksiyaya könüllü qatılıblar. Layihə iştirakçılarına aksiyada uğurla iştirak etdikləri üçün sonda sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Təbriz Mirişlinin rəhbəri olduğu "Ətraf mühitin qorunması və ekoloji maarifləndirmə" layihəsi Gənclər Fondunun 13-cü qrant müsabiqəsinin qalibi olub.