Yanğında 100 nəfər təxliyə edilib
Gəncə şəhərində ümumi sahəsi 3600 m² (hər mərtəbəsi 1800 m²) olan ikimərtəbəli “İmperial” şadlıq sarayının dam örtüyü 3 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən məlumata görə, yanğın zamanı şadlıq sarayında olan 100 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.