Körpə xəstəxanaya aparılıb
Gəncə şəhərində yeni doğulmuş körpə tapılıb.
AYNA-nın "Report"a istinadən məlumatına görə, şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş oğlan uşağı tapılıb.
Körpə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumatına görə, körpənin səhhətində problem aşkarlanmayıb. Hazırda vəziyyəti normaldır və hələ ki xəstəxanada saxlanılır.
Faktla bağlı araşdırmalara başlanılıb.