Yaralının vəziyyəti orta ağır qiymətləndirilir
Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
"VAZ" markalı avtomobil velosipedlə hərəkətdə olan 2008-ci il təvəllüdlü O.Sadıqovu vurub. Müxtəlif bədən xəsarətləri alan velosipedçi xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.