Gəncə-“Qırmızı körpü” dairəvi yolu gələn ilin ortalarında istifadəyə veriləcək
Gəncə-“Qırmızı körpü” dairəvi yolunun istifadəyə veriləcəyi tarix açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov açıqlama verib.
“Hazırda həmin yolun bərpa işləri davam edir. Bərpa işləri 131 kilometrlik sahəni əhatə edir. Proses 2021-ci ilin ortalarında başa çatacaq və Gəncə-“Qırmızı körpü” dairəvi yolu istifadəyə veriləcək”, - deyə AAYDA rəhbəri bildirib.