Naxçıvana verilən qrantlar nəzərə alınmasa, 2019-cu ildə büdcə qrantlarının həcmi 100 milyon manata yaxın olub
2020-ci ilin büdcəsinin yeni büdcə təsnifatı əsasında tərtibatı müstəqil təhlilləri xeyli çətinləşdirib. Yeni təsnifatda əsas dəyişikliklərdən biri dövlət büdcəsindən ayrılan qrantların büdcə xərclərində əks olunması ilə bağlıdır.
Məsələ belədir: indiyədək (2019-cu il daxil olmaqla) Naxçıvan Muxtar Respublikasına verilən dotasiya iqtisadi təsnifatda (250000 təsnifat kodu) "subsidiya və cari transferlər" maddəsi altında əks olunurdu. 2020-ci ildən etibarən isə Naxçıvana maliyyə yardımları "Qrantlar və digər ödənişlər" maddəsi (təsnifat 260000 kodu) altında əks olunub.
Bir tərəfdən də bu dəyişikliyə paralel olaraq, Naxçıvana ayrılan maliyyə yardımı 90 mln. manata yaxın artırlıb.
Reallıqda dövlət büdcəsindən qrantlara ayrılan vəsaitin 6 dəfə artması sırf təsnifat dəyişikliyi ilə bağlıdır. Əksinə Naxçıvana verilən qrantlar nəzərə alınmasa, 2019-cu ildə büdcə qrantlarının həcmi 100 mln. manata yaxın olub, 2020-ci ildə isə, təxminən 26 mln. manat proqnozlaşdırılır.