Gədəbəydə 44 yaşlı kişi qohumunu bıçaqlayıb

Xəbərlər

08.07.2023 - 00:35

Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir

Bakıdan Gədəbəy rayonunun Şəkərbəy kəndinə qonaq gedən şəxs bıçaqlanıb.

AYNA “Report”a istinadən məlumatına görə, 1987-ci il təvəllüdlü Xəyal İsmayılov mübahisə zəminində bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq xəsarət alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs, zərərçəkənin qohumu 1979-cu il təvəllüdlü Rəşad Cabbarovdur.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş