Fransa Prezidenti: Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyirik

Siyasət

16.06.2022 - 22:53

İyunun 23-24-də Avropa Şurası Ukraynanın statusu ilə bağlı qərar verəcək

Fransa, Almaniya, Rumıniya və İtaliya Ukraynaya Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyir. AYNA UNİAN-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenski, İtaliyanın Baş naziri Mario Draqi, Rumıniya Prezidenti Klaus İohannis və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə keçirilən birgə brifinqdə deyib.

“Biz Ukraynanın Avropa ailəsinin bir hissəsi olduğunu təsdiqləmək istəyirik”, - deyə Makron bildirib. Onun sözlərinə görə, iyunun 23-24-də Avropa Şurası Ukraynanın statusu ilə bağlı qərar verəcək.

Makron əlavə edib ki, Aİ-yə üzvlük prosesi bir qədər vaxt aparacaq, lakin bu gün konkret fəaliyyətə ehtiyac var.

Müəllif: Ayna.az