“Fox News”: Trampa qarşı sui-qəsddə şübhəli bilinən şəxs müəyyənləşib

Dünya

16.09.2024 - 10:54

Həkimlər Klinikalar SEO Xidməti

Rayan Uesli Root Respublikaçılar Partiyasından prezidentliyə namizədinə qarşı sui-qəsd cəhdində şübhəli bilinir

Rayan Uesli Root Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinir. AYNA xəbər verir ki, bu barədə “Fox News” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Root pulemyotun lüləsini Palm-Biçdə (Florida) Tramp Beynəlxalq Qolf Klubunun hasarından keçirib. Şübhəli şəxs Amerika administrasiyasının keçmiş rəhbərindən 270-450 m aralıda olub.

Hadisə Pensilvaniya ştatının Butler qraflığında Trampa sui-qəsddən təxminən iki ay sonra baş verib. Tramp iyulun 13-də seçki kampaniyası zamanı güllələnib və yüngül yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş