Con C. Hopfild və Ceffrey E. Haynton fizika üzrə 2024-cü ilin qalibləri olublar
Fizika üzrə “Nobel” mükafatının laureatları məlum olub. AYNA xarici mediaya istinadən bildirir ki, Con C. Hopfild və Ceffrey E. Haynton fizika üzrə 2024-cü ilin qalibləri olublar.
Onlar bu mükafata süni neyron şəbəkələri ilə maşın öyrənilməsini təmin edən əsas kəşflər və ixtiralara görə layiq görülüblər.
Qeyd edək ki, Con Cozef Hopfild 1933-cü ildə anadan olub, assosiativ neyron şəbəkəsi üzrə araşdırması ilə tanınan amerikalı alimdir. Ceffri Haynton isə 1947-ci ildə doğulub. O, britaniyalı-kanadalı kompüter alimi və koqnitiv psixoloqdur. Haynton da neyron şəbəkəsi üzrə araşdırmaları ilə məşhurdur.