Filippində güclü zəlzələ olub

Dünya

02.10.2024 - 14:44

Həkimlər Klinikalar SEO Xidməti

Sunami təhlükəsi elan edilməyib

Filippin sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri 76 min 500 nəfərin yaşadığı Virak şəhərindən 96 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Müəllif: Ayna.az