Fidan: “Cənubi Qafqazda sülhü daimi etmək və institutlaşdırmaq lazımdır”

Aktual

11.01.2025 - 08:25

Həkimlər Klinikalar SEO Xidməti

“Son 100 ildə Qafqazın qeyri-sabitlik zonası olması heç birimizə sərf etmədi”

“Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün Azərbaycanın Qarabağ bölgəsinin işğaldan azad edilməsi vacib idi. İndi regional sülhü daimi etmək və onu institutlaşdırmaq lazımdır. Son 100 ildə Qafqazın qeyri-sabitlik zonası olması heç birimizə sərf etmədi”.

AYNA xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən İstanbulda yerli və xarici KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edərkən deyib.

Türkiyənin baş diplomatı regionda sülh prosesinin daha da inkişaf etdirilməsinin mümkünlüyünü qeyd edib. Nazir Ermənistanın Baş naziri Nikol Paşinyanın bu məsələdə “müsbət və cəsarətli” mövqeyini də qeyd edib. Bundan əlavə, siyasətçi regionun və ölkənin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin həlledici rəhbərliyinin rolunu xüsusi vurğulayıb.

Fidan davamlı sülhün təmin edilməsi səyləri çərçivəsində Bakı və İrəvanın razılığa gələ bilmədiyi məqamlara diqqət çəkib. Xarici işlər naziri 2025-ci ildə iki ölkə arasında sülh sazişinin imzalanmasını arzuladığını bildirib.

Müəllif: Ayna.az