FHN-ə təcili çağırış daxil olub

Hadisə

07.01.2020 - 10:37

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə yerlərinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri cəlb olunub

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Binəqədi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 azyaşlının liftdən çıxarılması təmin edilib.

 

Nazirliyin “qaynar xətt”inə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşlara köməklik göstərib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş