Fəzail İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib

Xəbərlər

12.04.2021 - 12:18

Prezident vitse-spikerlə bağlı sərəncam imzalayıb

 

Prezident İlham Əliyev Fəzail Feyruz oğlu İbrahimlinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. AYNA-nın xəbərinə görə, bu barədə Prezidentin rəsmi saytında qeyd edilib.

 

Sərəncama əsasən, F.İbrahimli Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.

 

Qeyd edək ki, F.İbrahimli Milli Məclis Sədrinin müavinidir.

Müəllif: Ayna.az